“Dörd separatçı lider Azərbaycana təslim olub...” -   ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Dörd separatçı lider Azərbaycana təslim olub...” - ŞOK İDDİA

Siyasət

01 Sentyabr 2022 20:44 3871


“Ermənistanda maraqlı proses müşahidə olunur. Bura xüsusi olaraq bir zamanlar Xankəndində at oynadan “yerli liderlərin” saxlanılması, həbs edilməsi də daxildir. Bəziləri bunu Paşinyanın xidməti kimi təqdim edir. Məncə, situasiyanın bu cür inkişafı və belə nəticənin yaranmasında daha çox Azərbaycan dövlətinin apardığı xarici siyasətin, habelə bizim təhlükəsizlik orqanlarının Qarabağdakı fəaliyyətinin əhəmiyyəti böyükdür”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev Qarabağdakı separatçı general Mikael Arzumanyanın həbs edilməsi, sabiq müdafiə naziri Seyran Ohanyanın istintaqa cəlb olunması və digər bu kimi halları şərh edərkən bildirib.

Cümşüd Nuriyev xatırladıb ki, uzun müddətdir erməni müxalifətinə yaxın olan media Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Xarici Kəşfiyyat Xidmətinin güclü işlədiyini gündəmə gətirirdi: Sezar pizza

“Hətta artıq separatçıların bir neçə liderinin Azərbaycanla razılaşdığını qeyd edirdilər. Yəni bunu biz deyil, erməni mətbuatı yazırdı. Daha çox Araik Arutyunyanın, Vitali Balasaniyanın və daha iki separatçının adı çəkilirdi. Bu dörd nəfərin Azərbaycanın təhlükəsizlik orqanları ilə işlədiyini gündəmə gətirirdilər. Görünən odur ki, adı çəkilən Azərbaycanın xüsusi xidmət orqanlarının Qarabağda apardığı siyasət, gördüyü işlər erməniləri belə addım atmağa məcbur edir”.

Politoloq əlavə edib ki, Nikol Paşinyan peşəkar siyasətdən uzaq xadimdir: “Amma o da Qarabağ məsələsinə son qoymaq üçün addımlar atır, lazım gələndə həbslər aparır. Bu da anlaşılandır. Paşinyanı hakimiyyətə gətirənlər hesab edirlər ki, belə olmalıdır. Paşinyanın dəyişməsində son müharibənin böyük rolu olub. Ümid edək ki, Paşinyan dəyişib və sülh yaranması üçün lazım olan addımları atacaq”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!