Dövlət başçısı Kolinda Qrabar-Kitaroviçi qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət başçısı Kolinda Qrabar-Kitaroviçi qəbul etdi

Siyasət

11 Mart 2023 13:05 706


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlandı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!