Dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb

İqtisadiyyat

06 Aprel 2026 14:14 274


Bu ilin yanvar-mart ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 68 milyon 508,8 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə “Yeni Sabah”a Maliyyə Nazirliyindən məlumat verilib. 

Geri qaytarılan vəsaitlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılmasına aiddir. Pepperoni pizza

Bununla yanaşı, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!