Dövlət Departamenti: Azərbaycan və Ermənistan...

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Departamenti: Azərbaycan və Ermənistan...

Siyasət

13 İyul 2023 07:48 595


Azərbaycan və Ermənistan bir sıra məsələlərdə mühüm irəliləyiş əldə ediblər.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Amerika tərəfi Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünü səbirsizliklə gözləyir: Marqarita pizza

“Onlar (Azərbaycan və Ermənistan - Qeyd) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Son görüşdə həll edilməyən məsələlərin dairəsinin azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həll edilməyən məsələlərin dairəsinin azalması ilə sülh müqaviləsi əlçatan olacaq”.

Qeyd edək ki, 27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Qeyd olunub ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Məlumata əsasən, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!