“Dövlət Duması Xocalı faciəsini rəsmən soyqırımı kimi tanımalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Dövlət Duması Xocalı faciəsini rəsmən soyqırımı kimi tanımalıdır”

Siyasət

26 Fevral 2023 20:20 989


“Bu gün təkcə Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək deyil, həm də bu cinayəti rəsmən soyqırımı kimi tanımaq lazımdır. Mən Dövlət Duması tərəfindən müvafiq qətnamənin qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də tərəfdarı olmağa davam edirəm. Bu, Rusiya məhkəməsinə imkan verəcək ki, Rusiya ərazisində olan bu dəhşətli cinayətin iştirakçılarının axtarışına, saxlanmasına və məhkəmə qarşısına çıxarılmasına başlasın”.

Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.

Ekspert qeyd edib ki, əmr verən və icra edən erməni siyasətçiləri, hərbçiləri və rəhbərləri də cəzalandırılmalıdır. Onun sözlərinə görə, Xocalı faciəsi bəşəriyyət tarixinin sağalmayan yaralarından biridir və heç vaxt unudulmamalıdır. pizza sifarişi

“Bu, Yaxın Şərqdən SSRİ ərazisinə gəlmiş erməni silahlı dəstələri və terrorçuları tərəfindən törədilmiş Azərbaycan xalqının soyqırımıdır. Rusiyanın ekspert icması adından, bir milyon rusiyalı adından Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Biz bu faciəni xatırlayır, sizinlə birlikdə yas tuturuq. Biz erməni cinayətkarlarının cəzalandırılmasını tələb edirik”, - Korotçenko vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!