Dövlət əhalidən məhsulları satın alacaq – Prezidentdən qərar

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əhalidən məhsulları satın alacaq – Prezidentdən qərar

İqtisadiyyat

11 Aprel 2019 14:26 1771


Prezident İlham Əliyev ərzaq təhlükəsizliyini təmin edəcək bir sıra qanunlara dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliklər “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Fərmanının icrasının təmin olunması məqsədi ilə edilib.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.33-1-ci bənd əlavə edilib: pizza

“tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;”.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” prezident Fərmanında aşağıdakı dəyişikliklər olunub: 

2.1. 4-cü hissədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilib;

2.2. 4.1-ci bənd ləğv edilib;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” üzrə:

2.3.1. 3.3-cü bənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilib;

2.3.2. 3.6.1-ci yarımbənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin elektron portalında” sözləri “elektron portalda” sözləri ilə əvəz edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!