Dövlət əleyhinə çağırış edən şəxslə Əli İnsanovu nə birləşdirir? -   TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əleyhinə çağırış edən şəxslə Əli İnsanovu nə birləşdirir? - TƏFƏRRÜAT

Kriminal

12 Fevral 2026 17:54 3226


Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Talışxanovla bağlı sensasion faktlar üzə çıxıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, vaxtilə Masallı Rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Sonralar keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alıb. Lakin sonradan oradan uzaqlaşıb. O, həmin dövrdə mətbuata açıqlamasında bildirib ki, heç bir partiyanın üzvü deyil və olmağı düşünmür. Dördpendirli pizza

Qeyd edək ki, Mirədalət Talışxanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Oma Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!