Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

Kriminal

11 Fevral 2026 14:06 429


Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Toyuqlu pizza

Mirədalət Talışxanova qarşı Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.

Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!