Dövlət Departamenti: Gəmini azad edin

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Departamenti: Gəmini azad edin

Dünya

12 Yanvar 2024 12:35 446


Birləşmiş Ştatlar İranı “Sent Nicholas” neft tankerini və onun ekipajını dərhal azad etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

O bildirib: “İran hökuməti gəmini və heyətini dərhal azad etməlidir". pizza mizza

Patel gəminin ələ keçirilməsini qeyri-qanuni adlandırıb və qeyd edib ki, İranın bu cür hərəkətləri “beynəlxalq ticarəti pozmaq məqsədi daşıyır”.

Eyni zamanda, V. Patel ABŞ və müttəfiqlərinin bu vəziyyətlə bağlı hansı addımlar ata biləcəyi sualına dəqiq cavab verməyib.

Dövlət Departamentinin sözçüsü deyib: “Biz İran rejiminin məsuliyyətə cəlb edilməsi üçün atılacaq müvafiq addımlar barədə regiondakı tərəfdaşlarımızla sıx məsləhətləşmələri davam etdirəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!