Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi iddiasına cavab verib.
Yenisabah.az xəbər verir ki, qurumun bununla bağlı məlumatınsda qeyd olunur:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib. Marqarita pizza
Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb. 15 nəfərdən 11-i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır".
Məlumatın sonunda qaliblərin siyahısı təqdim olunub:
Pul mükafatını alan jurnalistlər
Tərgül Ağayeva, Azərbaycan Dövlət İnformasiya Agentliyi
Samirə Abdullayeva -“Report” İnformasiya Agentliyi
Yeganə Quliyeva – Teleqraf.com
Aytən Abdulova - Azərbaycan Televiziyası
Sayad Həsənli - Oxu.az
Pərviz İsmayılov - “Yeni Azərbaycan” qəzeti
Mirmahmud Kazımov - Report İnformasiya Agentliyi
İlkin Nəcəfzadə - Azvision.az
Seymur Əliyev - Moderator.az
İsgəndər Həsənov - “525-ci qəzet”
Aqil Bəkir - Yeniçağ İnformasiya Agentliyi
Pul mükafatını almayan jurnalistlər
Cavid Əkbərov - “İki sahil” qəzeti
Elçin Bayramlı - “Səs” qəzeti
Günay Elşadqızı - APA
Elçin Mehdiyev - Trend İnformasiya Agentliyi
Telegram kanalımız