Bu il Tasua və Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi müraciətə uyğun olaraq keçirilib, aparılan monitorinqlərə əsasən xoşagəlməz hallar müşahidə edilməyib.
Yenisabah.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə deyib.
Komitə rəsmisi buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması və qanunvericiliyin qorunması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər nəticəsində nail olunduğunu bildirib. Marqarita pizza
Telegram kanalımız