Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İsveçrə Konfederasiyasında səfərdə olub.
“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, eləcə də türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.
Sürixdə İsveçrə Türk Diyanet Vakfının rəhbəri Zafer Terkesli və Türkiyənin Isveçrə Konfederasiyasındakı Səfirliyinin nümayəndəsi Eşref Dalkıranla baş tutan görüşdə Azərbaycan və Türkiyə dövlətlərarası, eləcə də xalqlarımızın qardaşlıq münasibətləri vurğulanaraq, ölkələrimizin sərhədlərindən kənarda da bu əlaqələrin saxlanılmasının əhəmiyyəti və bu işdə diasporun rolu qeyd olunub. Marqarita pizza
İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Yoxanes Matiasla keçirilmiş görüşdə Azərbaycanın İsveçrədəki səfirinin və ümumilikdə səfirliyin fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi ilə DİDK arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub. Y.Matias memorandumla bağlı bəzi məlumatların ən yaxın zamanda Dövlət Komitəsinə göndəriləcəyini və yekun sənədin tezliklə imzalanacağına əminliyini bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti Bern şəhərində fəaliyyət göstərən Qarabağ məktəbində də olub, şagirdlərə Azərbaycan dilində dərsliklər, eləcə də ingilis dilində olan “Qarabağ xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan mədəniyyəti” kitabları hədiyyə edilib.
Daha sonra nümayəndə heyəti Bern şəhərində yerləşən Olresto Konqres Mərkəzində İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının toplantısında iştirak edib. Toplantıda Şuranın əlaqələndiricisi Qasım Nəsirov Koordinasiya Şurasının fəaliyyəti, son dövrlər görülən işlər barədə məlumat verib, diaspor təşkilatlarından Şuraya daxil olmuş layihələr nəzərdən keçirilib, təkliflər səsləndirilib və görüləcək işlər müzakirə olunub.
Telegram kanalımız