“Dövlət minimum təqaüd təminatını üzərinə götürməlidir“ - Pensiya konsepsiyasına təkliflər

saytların hazırlanması

Evə çatdırılma

“Dövlət minimum təqaüd təminatını üzərinə götürməlidir“ - Pensiya konsepsiyasına təkliflər

İqtisadiyyat

12 Mart 2019 19:44 1005


“Azərbaycanda 2016-cı ildən bəri bir neçə dəfə pensiya islahatı həyata keçirilib. Dəyişikliklər olub. Amma görünən odur ki, hələ də tam işlək mexanizm qurulmayıb”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Natiq Cəfərli yeni pensiya konsepsiyası haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu məsələdə ciddi problemlər var:

“Əsasən, işləyən və işləməyən sosial təqaüdə düşən insanların təqaüd fərqləri kifayət qədər ciddidir. Qanun layihəsində yeni bir yanaşmaya ehtiyac yaranıb. Bu islahat daha geniş əhatəyə malik olmalıdır. Azərbaycanda özəl təqaüd fondlarının yaranması və fəaliyyəti üçün qanunvericilik bazası möhkəmləndirməlidir ki, insanların seçim hüquqları və şansları olsun. Seçdikləri fondlarla bağladıqları müqavilələrin zamini isə dövlət olsun. Sözün yaxşı mənasında həm dövlətin, həm də özəl sektorun iştirakı ilə qarışıq sistemin yaradılmasında yarar var. Amma dövlət minumum təqaüd təminatını öz üzərinə götürməlidir. Bunun üçün  qanuvericilik  dəyişdirilməlidi. Bəlkə də yeni təqaüd yanaşmasının sıfırdan yazılmasına ehtiyac  var. Əgər həm dövlət, həm də özəl sektorun iştirakı ilə  qanuvericilik dəyişdirilərək, tənzimlənərək təqaüd islahatı olacaqsa, məncə, Azərbaycanda olan 1 milyon 300 min təqaüdçünün sosial vəziyyətinin  yaxşılaşdırılması yönündə mühüm və ciddi addım atılmış olar”. Pepperoni pizza

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov dünənki çıxışında yeni konsepsiyanın bu ilin sonuna qədər hazır olanacağının nəzərdə tutulduğunu deyib.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!