Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara çatır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara çatır

İqtisadiyyat

27 Yanvar 2026 10:34 351


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil edib, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatıb.

Bu barədə “Yeni Sabah”a ARDNF-dən məlumat verilib. 

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434,0 milyon manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil edib. pizza hut

Məlumata görə, fond dövlət büdcəsinə proqnozla eyni - 14 milyard 481 milyon manat vəsait transfert edib. Bu göstərici 2024-cü illə müqayisədə 13.3% çoxdur.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakı icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat.

Ötən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!