Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi

Siyasət

17 İyun 2023 14:10 628


İyunun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib. Toyuqlu pizza

Yekunda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!