Dövlət otel qiymətlərinə niyə müdaxilə etmir? - “Əgər edərsə, o zaman...”

saytların hazırlanması

Evə çatdırılma

Dövlət otel qiymətlərinə niyə müdaxilə etmir? - “Əgər edərsə, o zaman...”

Turizm

05 Avqust 2024 22:35 20010


Yay mövsümü gələndən bəri bir çox insan istirahət mərkəzlərindəki yüksək qiymətlərdən şikayətçidir. Tez-tez sosial şəbəkələrdə bununla bağlı postlara rast gəlmək olur. Onlar xüsusən kafe, restoranlarda absurd qiymətlər təklif edilməsindən, tək çay verilməməsindən, çayın yalnız dəsgahlarla satılmasından gileylənir.

Bəs dövlət qurumlarının bu müəssisələrə müdaxilə etmək hüququ varmı?

Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan  iqtisatçı ekspert Eldəniz Əmirov bildirib ki, dövlətin turizm sektoruna müdaxiləsi yolverilməzdir: Marqarita pizza

“Müəyyən sahələr var ki, bu sahələrdə dövlətin qiymət tənzimləməsi bir zərurət olsa da, bəzi sahələrə müdaxilə yolverilməzdir. Məhz turizm sektoru – ictimai iaşə obyektləri, kafe, restoranlar, otel qiymətləri də məhz dövlətin müdaxilə etməməli olduğu sahələrdir. Heç bir halda, dövlət bu sahədə qiymət tənzimlənməsi edə bilməz.

Dövlətin bu istiqamətdə ata biləcəyi addım rəqabət mühitini yaratmaqdır. Yeni otellərin, müxtəlif xidmət çeşidinin yaradılması nəticə etibarilə rəqabəti formalaşdırır, bu isə qiymətləri özü tənzimləyir.

Ümumiyyətlə, iqtisadi məvhumlardan az da olsa, məlumatlı olan insanlar başa düşməlidir ki, heç bir halda dövlət otel qiymətlərinə müdaxilə edə bilməz. Bu, mümkün deyil. Əgər edərsə, bu hal turizmin, otelçiliyin məvh olmasına gətirib çıxarar. Bunu bazar özü tənzimləyir”.

Ekspert qeyd edib ki, əgər vətəndaşlar aldandıqlarını hiss edərsə, bu zaman istehlakçı hüquqlarını müdafiə edən qurumlara şikayət edə bilərlər:

“Aldandıqlarını hiss edən, bundan şübhələnən vətəndaşlar təbii ki, istehlakçıların hüquqlarının qorunması ilə məşğul olan quruma müraciət edə bilərlər. Amma bir halda ki, insanlara xidmət təklif edilən zaman qarşılarına menyu qoyulur və ya otelə girməzdən qabaq bəlli qiymətlər deyilir, bu zaman insanların aldanmasından söhbət gedə bilməz. İnsanlar aldanmırlarsa, burada insanların şikayət etməsi üçün əsas da yoxdur”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!