Dövlət poliklinikalarında qiymətlərə niyə nəzarət edilmir? - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Dövlət poliklinikalarında qiymətlərə niyə nəzarət edilmir? - VİDEO 

Sosial

02 Aprel 2024 12:44 497


Stomatoloji xidmətlər dövlət poliklinikalarında və özəl stomotoloji kabinetlərdə demək olar ki, eyni qiymətlə yerinə yetirilir. Halbuki dövlət polikinikalarında bütün ləvazimatlar, kommunlar xərclər dövlət hesabına ödənilir. Bəs belə olan halda niyə poliklinikalardakı qiymətlərə nəzarət edilmir? Üstəlik, stomatoloji xidmətlər niyə icbari tibbi sığortaya daxil edilmir? 

Yenisabah.az xəbər verir ki, ümumiyyətlə, stomatoloji xidmətlərin tarifləri bəlli deyil. 

Vətəndaşlar isə hesab edirlər ki, TƏBİB-in tabeliyində olan poliklinikalarda qiymətlər özəl müəssisələrə nisbətən qənaətbəxşdir.  pizza sifarişi

Bəs stomatoloji xidmətlər üçün vahid tariflərin tətbiqi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı sorğumuza TƏBİB-dən bildirilib ki, stomatoloji xidmətlər icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmadığı üçün bu kimi xidmətlərin "İcbari tibbi sığortaya daxil olmayan ödənişli xidmətlər"ə daxildir. Tariflərin müəyyən edilməsi kimi məsələlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlətlərinə aiddir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin cavabında isə qeyd edilib ki, sözügedən tariflər qurumun səlahiyyətində deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!