Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən "Yeni Sabah"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. pizza
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 5 nəfər;
BA2 altqrupu üzrə – 14 nəfər;
BA3 altqrupu üzrə – 36 nəfər;
BA4 altqrupu üzrə – 86 nəfər;
BB1 altqrupu üzrə – 171 nəfər;
BB2 altqrupu üzrə – 178 nəfər;
BB3 altqrupu üzrə – 219 nəfər;
BB4 altqrupu üzrə – 240 nəfər olmaqla, ümumilikdə 949 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 18-dən martın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
Telegram kanalımız