Dövlət qurumu avtomobilləri hərraca çıxarır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu avtomobilləri hərraca çıxarır

Avto

14 İyul 2019 19:43 1854


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 30-da növbəti hərrac barədə elan verib. 

“Yeni Sabah” xəbər verir ki, həmin gün müxtəlif dövlət orqanlarının balansında olan 8 avtomobil də satışa çıxarılacaq. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, 1-i isə Baş Prokurorluğa məxsusdur. 

Maşınların qiyməti 3000 manatdan başlayır. Ədliyyə Nazirliyin balansında olan “QAZ-31105-120” markalı maşını hərracda bu qiymətə almaq mümkündür. Eyni markadan olan digər avtomobil isə 3 500 manata hərraca çıxarılıb. Hər 2 maşın 2004-cü ildə istehsal olunub. Nazirliyə məxsus “Renault Symbol” markalı avtomobillərin ilkin satış qiyməti isə 4 500 manatdır. Maşınların 2007-ci ilə aid olduğu göstərilib.  Dominos pizza

Ədliyyə Nazirliyinin balansında olan “Nissan Maxima” isə 8000 manata satılır. Avtomobil 2005-ci ildə istehsal edilib. Həmin markaya aid olan digər maşın isə 7000 manata hərraca çıxarılıb. ƏMDK-nın balansında olan avtomobilin 2007-ci ildə istehsal edildiyi bildirilib. “Hyundai Sonata” (2005) isə 5 500 manata satılır. 

Baş Prokurorluğun balansında olan “Volkswagen Passat”ın ilkin satış qiyməti 5 900 manat müəyyən edilib. Maşın 2009-cu ildə istehsal olunub. 

Qeyd edək ki, maşınları almaq üçün öncədən onların ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödəmək tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!