Dövlət qurumundan Xeyrəddin Qocanın qızı ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumundan Xeyrəddin Qocanın qızı ilə bağlı açıqlama

Avto

06 Mart 2019 14:17 1375


Azərbaycan Yazıçılar Birliyinin üzvü Xeyrəddin Qoca “Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadırlar” ittihamına qurum faktla cavab verib.

“Yeni Sabah” xəbər verir ki, BNA-nın yaydığı açıqlamada bildirilir ki, yazıçı sosial şəbəkədə Agentliyin ünvanına şər və böhtan xarakterli ifadələr işlədib. Bununla yanaşı o informasiya saytlarına da eyni məzmunda açıqlama verib. 

Qurumun açıqlamasında bildirilir ki, X. Qocanın qızının idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobili parlament prospektində 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib: “10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntelektual Nəzarət Sisteminin kameraları vasitəsi ilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün başlayıb sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə.  pizza mizza

Onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!