Dövlət qurumundan yaslarla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumundan yaslarla bağlı açıqlama

Din

30 Yanvar 2021 11:34 10648


2020-ci il ərzində Azərbaycanda dini durumun öyrənilməsi sahəsində tədbirlər davam etdirilib, mütəmadi olaraq monitorinqlər keçirilib.

Bu barədə “Yeni Sabah”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub.

Bildirilib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər. Dominos pizza

Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib.

2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb, Dövlət Komitəsinin bölgə şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bu sahədəki pozuntular aradan qaldırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!