“Dövlət sahibkarlara ödəyəcəyi kompensasiyanı “Diqlas”ın rəhbərindən geri alacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Dövlət sahibkarlara ödəyəcəyi kompensasiyanı “Diqlas”ın rəhbərindən geri alacaq”

İqtisadiyyat

29 Mart 2019 01:12 1226


““Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı, zərərin kompensasiya olunacağı və prezidentin tapşırıq verməsi yayıldı. Vətəndaşa dəyən ziyan istintaqın yekunu gözlənilmədən müəyyən şərtlərlə kompensasiya ediləcək”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sığorta üzrə ekspert İlkin İbrahimov Bizimyol.info-ya bildirib.

O, qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait istintaqın yekununda hadisədə günahkar olan şəxsdən subroqasiya halında alınmalıdır: “Bu proses isə uzun proses olduğundan prezidentin verdiyi reaksiya düzgün addımdır. Əvvəl vətəndaşa dəyən ziyan ödənir, sonra isə həmin məbləğ günahkardan alınacaq. Bəs bu proses necə baş verəcək? Məsələ ondan ibarətdir ki, istintaq başlayıb araşdırma gedir, hər kəsdən izahat alınacaq və onlar da öz növbəsində sığortaya ödəniş etdiklərini bildirəcəklər. Bundan sonra istintaq orqanı Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata da İcbri Sığorta Bürosuna yönəldəcək) siyahıdakı şəxslərin sığortasının olub-olmaması barədə məlumat istəyəcək. O məlumatlar gəldikdən sonra sığorta şirkəti hansı mağazaları sığortalamışsa əmlak sahibinə ödəniş edəcək. Həmin ödənişlər və bina ümumilikdə ticarət mərkəzinin sahibindən məhkəmə qaydasında subroqasiya (ödənişi geri tələb etmə) qaydasında dövlət ödənilmiş kompensasiyanın qarşılığında büdcəyə geri ödəməni təmin edəcək. Ona görə də sığorta şirkətləri vətəndaşa bəri başdan sığortalarının olması barədə məlumatlandırmaqları məsləhətdir”. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!