“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatdı - Foto

Mədəniyyət

25 Dekabr 2025 20:23 1022


Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.

Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb. Pepperoni pizza

Beləliklə, "8 gün" (“Alıoğlu Media Group” MMC), "Berqmana məktublar" (“Buta Film” MMC), "Dolu 2" (“CNF” MMC), "Varis" (“Dream Big Company”), "Mən, Lalə, bir də o" (İctimai Televiziya və Radio Yayımları Şirkəti), "Sonuncu qastrol" (“Karvan Production” MMC), "Xalı" (“Mediamaster” MMC), 

"Qələbə gülü" (“Narimanfilm” MMC), "Bir, iki, üç" (“Nova Gorica Kino Mərkəzi” MMC), "Rəqqa" (“Rakurs Film-Media” MMC) və "Türkmənçay" (“Şahdağ Film” MMC) - ümumilikdə 10 layihə 3-cü mərhələyə keçib.

Qeyd edək ki, bu mərhələdə iştirak hüququ qazananlar müsabiqənin reqlamentinin üç nömrəli əlavəsində göstərilən sənədləri 1 ay müddətində Azərbaycan Respublikasının Kino Agentliyinə elektron qaydada təqdim etməlidirlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!