Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirildi

Rəsmi

23 Yanvar 2025 19:58 451


“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub. Sezar pizza

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!