“9 mindən çox ölkə resursunun fəaliyyətinin dayanmasını sadəcə “Cloudflare hadisəsi” kimi qiymətləndirmək düzgün olmazdı. Bu, xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələsidir. Təsirlənən resursların böyük qismi media resursları idi ki, bu da informasiya müharibəsinə hazırlığımızı bir daha qiymətləndirməyimizə işarə edir".
“Yeni Sabah” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, son 3 ildə bir neçə dövlət qurumunun “Cloudflare” kimi xarici provayderlərə trafik ötürməsi və trafikin xaricdə təmizlənməsi hallarının qarşısı alınıb, həmin qurumların mühafizəsi Azstate şəbəkəsi vasitəsilə həyata keçirilib”. pizza
Telegram kanalımız