Dövlət Xidməti: İnternet bağlantısının təhlükəsizliyi təmin olunur

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Xidməti: İnternet bağlantısının təhlükəsizliyi təmin olunur

Rəqəmsal

04 İyul 2025 10:27 426


Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur.

Yenisabah.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edib.

"Son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin qlobal İnternet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır. pizza hut

Narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunmuşdur. Buna görə də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.

"AzstateNet" şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunub, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə 24/7 rejimində monitorinq olunmaqdadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!