Dövlət Xidmətindən kompüter istifadəçilərinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Xidmətindən kompüter istifadəçilərinə xəbərdarlıq

Rəqəmsal

28 Oktyabr 2022 23:02 3456


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kompüter istifadəçilərini təhdid edən yeni zərərvericinin yayılması kampaniyası aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, kompüter istifadəçiləri arasında geniş istifadə edilən və kompüteri uzaqdan idarəetməyə imkan verən AnyDesk proqram təminatının adından istifadə etməklə istifadəçiləri saxta sayta yönəldən reklam kampaniyası aşkar edilib. Quql axtarış sistemində adı çəkilən proqram təminatını axtararkən reklam olaraq birinci sırada ainydesk[.]me saytına keçidi yerləşdirilib. (Məqalənin yazılma anına həmin reklam Quql Axtarış sistemindən yığışdırılması təmin edilib). pizza sifarişi

aniydesk[.]me saytı istifadəçiləri aldatmaq məqsədi ilə AnyDesk proqram təminatının rəsmi veb səhifəsinə (anydesk.com) bənzər şəkildə hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!