Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib - RƏSMİ

Rəsmi

02 Oktyabr 2024 16:24 2265


Ötən il və bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin özü məlumat yayıb.

Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. pizza hut

2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!