Xətai və Qaradağ rayonlarında transfarmator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,
Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib. Naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Dördpendirli pizza
Həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.
Dəyanət Kərimlinuin oğurluqları nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub.
Telegram kanalımız