"Mövqeyim belədir: dövlətin kinoya ayırdığı vəsaitin xərclənmə effektivliyi aşağıdır deyə, bu qərar qəbul edilib. Büdcədə olan məbləğ xərclənmədiyi üçün vəsait ayrılmayıb”.
Bu sözləri “Yeni Sabah”a Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov deyib.
O bildirib ki, qurum olaraq bu qərarın tərəfdarı deyillər: pizza mizza
“Əgər vəziyyət doğrudan da belədirsə, büdcədə vəsait qalıbsa, bu başadüşülən deyil. Ümumiyyətlə, dövlətin ayırdığı məbləğin kino sahəsində xərclənməməsi və ya effektsiz formada xərclənməsi bizi narahat edir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Maliyyə Nazirliyinin yanaşması sərt olsa da, məntiqlidir. Lakin bu qərarın tərəfdarı deyilik.
Maliyyələşmə olmalıdır və bu maliyələşməyə nəzarət sistemi sərtləşdirilməlidir. Arzu ediləndir ki, aiddiyatı strukturlara nəzarət edən adamlar kino sahəsindən anlayışı olan şəxslər olsun. Kinoya yad adamların nazirlikdə oturması qəbuledilməzdir”.
Kinorejissor qeyd edib ki, büdcədə qalan vəsaitin kinoya ayrılacağı məlum deyil:
“Hazırda bu işləri kinematoqrafiyadan xəbərsiz adamlar icra edir, ona görə də kino sahəsində dinamika çox aşağıdır. Büdcədə qalan vəsaiti də kinoya ayırıb- ayırmayacaqları da məlum deyil. Məntiqə uyğun olaraq xərclənməlidir. 2025-ci ildən qalan vəsait gələn il üçün də istifadə olunmalıdır.
Hesablama Palatası da daha əvvəl də kino sahəsinə ayrılan vəsaitin azaldılmasını təklif etmişdi. Səbəb indi olduğu kimi, ayrılan vəsait effektiv xərclənilmir. Lakin bu məbləği azaltmağa və ya kəsməyə əsas vermir. Əksinə, həmin sahədə kadr siyasəti düzgün seçilməlidir və xərclənmə sahəsinə nəzarət sərtləşdirilməlidir”.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib ki, gələn il üçün kino sahəsinə vəsait ayrılmayıb.
Maliyyə nazirinin müavini Himalay Məmişov isə diqqətə çatdırıb ki, 2025-ci ildə Azərbaycan Kino Agentliyinə (AKA) 8.5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41%-i, yəni 3.5 milyon manatı istifadə olunub. 2025-ci ilin əvvəlinə həmin qurumun 11.5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük".
Aydan Hacı
Telegram kanalımız