Dovşana görə məhkəməlik oldular

saytların hazırlanması

Evə çatdırılma

Dovşana görə məhkəməlik oldular

Sosial

09 Fevral 2019 15:39 905


İsmayıllı rayonunda qanunsuz ov edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz dovşan ovlayan Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.

Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları iki ədəd “TOZ 63” markalı ov tüfəngi götürülüb. pizza mizza

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!