Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.
Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb. Sezar pizza
Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.
Xatırladaq ki, bundan öncə yayılan xəbərdə A.V.-nın özünü öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrini yaraladığı deyilirdi.
Məlumata görə, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız