“Döyüşdə bayraqlarını atıb qaçırdılar, indi də cavab verəcəklər” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Döyüşdə bayraqlarını atıb qaçırdılar, indi də cavab verəcəklər” - Açıqlama

Siyasət

15 Aprel 2023 20:55 1086


İrəvanda beynəlxalq yarış zamanı ölkələrin təqdimatı prosesində iştirakçı dövlətlərin bayraqları bir-bir tribunaya təqdim edilir. Bu zaman bir axmaq erməni Azərbaycan bayrağını yandırıb və səhnədən uzaqlaşdırılıb. Həmin hadisə zamanı o zaldan bu barbarlığı edəni də alqışlayıblar. Çünki onlar da eyni təfəkkürün daşıyıcılarıdırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, bu gün İrəvanda idman yarışında təqdim edilən Azərbaycan bayrağını yandırmaq ermənilər üçün asan görünə bilər: Dominos pizza

“Amma biz döyüşdə onların dərsini yaxşı vermişik. Onlar real savaşda bayraqlarını qoyub qaçan adamlardır. İndi özlərini bu hadisəyə görə qəhrəman kimi təqdim etməsinlər. Buna görə də, cavab verəcəklər”.

Deputat bildirib ki, biz ermənidən fərqli olaraq qürurlu, mədəni, böyük xalqıq: “Bu barbarlığa görə idmançılarımız yarışdan imtinası da düzgün qərardır. Amma gərək idmançılarımız orada qalıb yarışda qalib olub həmin erməniləri himnimizi dinləməyə məcbur edərdilər. Təbii ki, idmançılarımızın bu qərarını alqışlayıram. Sözsüz ki, biz millət olaraq bayrağımıza, dövlətimizə sayğı olmayan yerdə qala bilmərik”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!