Döyüşə generallar gedir...

saytların hazırlanması

Evə çatdırılma

Döyüşə generallar gedir...

Yazar

15 İyul 2020 10:38 2681


Dünən sosial şəbəkələrdə bir videogörüntü qabağıma çıxdı. Yəqin siz də baxmısınız: Azərbaycan Ordusunun zərbələrinə tab gətirməyən erməni hərbçiləri döyüş mövqelərini qoyub qaçırlar. 

Cəbhə xəttindən bir neçə kilometr arxada erməni polisi onların qabağını kəsib geri qaytarmaq istəyir. Əmrə tabe olmayan dana boyda bir ermənini dana kimi yerə yıxıb, əl-qolunu bağlayırlar. Bu həmin vaxt idi ki, Azərbaycanın bütün küçə və meydanları “Qarabağ” deyə hayqıran, könllü şəkildə cəbhə bölgəsinə yollanmaq istəyən insanlarla dolub daşırdı...

Dörd il əvvəl Azərbaycan Ordusu ermənilərin burnunu ovub, onları Lələtəpə yüksəkliyindən üzüaşağı dığırlamışdı. Tarix təkrar olunur. Bu dəfə Tovuzun adsız yüksəklikləri düşmənə məzar olacaq. Ermənilərin ayağı bu torpaqlardan çəkilməyənə kimi bütün Azərbaycan ermənilərə məzar olacaq. Biz də buna şahid olacağıq... pizza

Dörd il əvvəl də yazmışdım: Azərbaycan Ordusunda keyfiyyət dəyişikliyi baş verib. Ordumuzun sıraları peşəkar, vətənpərvər zabitlərlə zəngindir. Artıq heç kim Orduya iş yeri kimi baxmır. Zabit şərəfi hər şeydən üstün tutulur. Orduda varlanamaq deyil, torpaqları qorumaq, düşməni qovmaq arzusuyla alışıb-yanan zabitlər çoxluq təşkil edir. Əgər belə olmasaydı, dünən şəhid olan generalımız kirayədə yaşamazdı...

Biz Aprel hadisələrində də bunun şahidi olduq: cəbhə bölgəsində xidmət edən heç bir zabit əsgərin arxasında gizlənmədi. Əksinə, qəhrəman zabitlərimiz öz əsgərlərini qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. O dəfə də, bu dəfə də döyüşə birinci generallar getdilər. Onlar Vətən üçün ölümə getdilər. Polad Həşimov kimi...

Aradan yüz illər keçəcək, amma Azərbaycan xalqı bu adı unutmayacaq. Döyüşdə qəhrəmancasına şəhid olan general Həşimov adını Azərbaycanın hərb tarixinə yazdı. Öz qanıyla... Müqəddəs qanıyla...

Azərbaycan xalqının növbəti qəhrəmanlıq dastanı Tovuzda yazıldı. Yüz il də bundan sonra nəsillər bu dastanı bir-birinə nəql edəcək. Onlar heç vaxt unudulmayacaq. Xalq öz qəhrəmanlarını unudulmağa qoymayacaq... 

Vətən torpağı yenə igidlərimizin qanıyla sulandı. Zabit və əsgərlərimizin qanı axan bu torpaqlarda bir-birindən gözəl güllər bitəcək. Uşaqlar həmin gülləri dərib, şəhidlərimizin məzarları üstünə düzəcəklər. Məzarların üstdə güllər açacaq...

Seymur VERDİZADƏ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!