“Haqqımda cinayət işi açılması barədə yayılan məlumatlardan xəbərsizəm”.
Bu sözləri məktəb direktorunu döydüyü deyilən “Drakon” ləqəbli aktyor Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib. Aktyor bu barədə danışmaq istəmədiyini bildirib: “Düzü, bu xəbəri indi sizdən eşidirəm. İltizam vermişəm, istintaq müddətində açıqlama verə bilmərəm. Bu məsələləri müstəntiqlə danışın”.
Kult.az pizza
Telegram kanalımız