Dron təxribatı ilə bağlı yeni görüntülər yayıldı –   Video

saytların hazırlanması

Evə çatdırılma

Dron təxribatı ilə bağlı yeni görüntülər yayıldı – Video

Xalqın səsi

04 Oktyabr 2019 07:15 3941


Xəbər verdiyimiz kimi, bu gün Lüksembuqda "Dudelanj" - "Qarabağ" oyununda ermənilər tərəfindən təxribat törədilib. 

“Yeni Sabah” bildirir ki, stadionda matçı izləyən azarkeşlərin azxeber.com-a verdiyi məlumata görə, qondarma respublikanın bayrağını dronla idarə edən şəxs stadionda olmayıb. O stadiona bitişik yerləşən Tennis mərkəzinin eyvanından dronu idarə edirmiş.

Bu təxribat zamanı azərbaycanlı azarkeşlər meydana daxil olaraq, bayrağı aşağı salmağa çalışıb. "Qarabağ"ın futbolçusu Riçard Almeyda azarkeşlərin qarşısını kəsib və onlardan yerlərinə dönməsini xahiş edib. pizza

Kapitan Rəşad Sadıqov isə tribunaya yaxınlaşaraq, azarkeşlərdən sakitləşməyi tələb edib.

Klubun prezidenti Tahir Gözəl deyib ki, məsələylə bağlı UEFA-ya müraciət edililib. O bildirib ki, həmin tennis mərkəzi "Düdelanj"a aiddirsə, klub ciddi cəzalanacaq.

Azarkeşlərin stadiondan çəkdiyi videonu təqdin edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!