DSX-nin binasında yanğın

saytların hazırlanması

Evə çatdırılma

DSX-nin binasında yanğın

Hadisə

17 Avqust 2025 08:52 335


Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub.

“Yeni Sabah”ın məlumatına görə, FHN Mətbuat xidmətindən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Pepperoni pizza

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!