Dövlət Sərhəd Xidməti (DSX) fevral ayında 10 milyon manatdan çox dəyərində qaçaqmal aşkarlayıb.
Bu barədə “Yeni Sabah”a DSX-dan məlumat daxil olub.
Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 16 nəfər saxlanılıb. Onların 8-i Azərbaycan, 2-si İran, 1-i Hindistan, 1-i Banqladeş, 1-i Şri-Lanka, 1-i Rusiya, 1-i Qana və 1-i Fələstin vətəndaşı olub. Dominos pizza
Qanunsuz miqrasiyaya qarşı tədbirlər nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər saxlanılıb.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 92 nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 349 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilən 554 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 13 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Bildirilib ki, 2 halda narkotik vasitələrin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 298 kiloqram 299 qram narkotik vasitə və 2990 ədəd narkotik tərkibli həb aşkar edilərək dövriyyədən çıxarılıb.
Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri zamanı isə ümumi dəyəri 10 milyon 912 min 328 manat olan qaçaqmal, o cümlədən dərman preparatları, kosmetik vasitələr və tütün məmulatları aşkarlanaraq götürülüb.
Aytac Əliyeva
Telegram kanalımız