DTX-nin rəisi yeni vəzifəyə seçildi

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin rəisi yeni vəzifəyə seçildi

Siyasət

21 Yanvar 2022 18:43 2930


Bu gün Naxçıvan Muxtar Respublikası Karate-Do Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, hesabat-seçki yığıncağında federasiyanın yeni sədri Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov ictimaiyyətə təqdim olunub.

Nurlan Pənahov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Göstərilən etimada görə minnətdarlığını bildirən Nurlan Pənahov Karate-Do Federasiyasının muxtar respublikada karatenin inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb./Modern.az Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!