DTX-nın saxladığı məmurlar xalaoğlu imiş

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın saxladığı məmurlar xalaoğlu imiş

Siyasət

01 Noyabr 2022 17:18 16720


Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı saxlanılan İlkin Nəsibov və Elnur Əliyevlə bağlı yeni məlumat üzə çıxıb. 

“Yeni Sabah” Demokrat.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovla digər saxlanılan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yaxın qohumdur.

İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur.  Pepperoni pizza

İlkin Nəsibov 2012-2020-ci illərdə "Ata Bank”da və "Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

O, 2020-ci ilin avqustunda xalası oğlu olan Elnur Əliyevin vasitəsilə Mədəniyyət Nazirliyində vəzifəyə təyin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!