Dövlət Dumasının sədri Vyaçeslav Volodin Qarabağdakı vəziyyətin həllinə Avropa strukturlarını, xüsusilə Avropa Parlamenti və AŞPA-nı cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Saqibə Qafarova ilə görüşündə o deyib:
"Gəlin ondan çıxış edək ki, dövlət başçıları - Azərbaycan, Ermənistan və Rusiya Federasiyası səviyyəsində qəbul olunmuş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin reallaşması üçün hər şeyi edəcəyik. Avropa qurumları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”. Dominos pizza
V. Volodinin fikrincə, AŞPA və Avropa Parlamentinin Qarabağ probleminin həllinə cəlb olunması “vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox yeni problemlər yaradacaq və əgər bunu hazırda edərlərsə, nəticələrinə görə məsuliyyət daşımalıdırlar".
Как сообщает сайт Госдумы глава Милли Меджлиса подчеркнула, что в Азербайджане высоко ценят роль президента РФ Владимира Путина в урегулировании данного вопроса.
Öz növbəsində, Milli Məclisin rəhbəri S. Qafarova vurğulayıb ki, Azərbaycan bu məsələnin həllində Rusiya prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirir.
Telegram kanalımız