Dumanlı hava ilə əlaqədar sürücülərə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Dumanlı hava ilə əlaqədar sürücülərə xəbərdarlıq edildi

Avto

08 May 2019 15:42 1835


Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

BNA-dan “Yeni Sabah”a verilən məlumata görə, Agentlik Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Həmçinin piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!