Dünən bazara rekord sayda maşın çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

Dünən bazara rekord sayda maşın çıxarılıb

Avto

28 Yanvar 2019 14:23 1600


Ötən bazar günü Bakı Avtomobil Satışı Mərkəzin indiyə kimi görünməmiş rekord sayda avtomobil satışa çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, bazara çıxarılan avtomobillərin sayının çoxluğundan səhər saatlarında satış mərkəzinə gedən yollarda tıxaclar əmələ gəlib. Avtomobil satıcılarının çoxalmasına səbəb isə maşınların qiymətinin kəskin qalxmasıdır. Belə ki, avtomobillərin qiymətinin qalxmasından xəbər tutuan sürücülər kütləvi şəkildə öz maşınlarını dünən bazara çıxarıblar.

Maşınını bazarda satmaaq istəyən şəxslərdən biri deyir ki, satıcıların sayı həddindən artıq çox olsa da, alıcı sayı kifayət qədər azdır. pizza hut

Qiymətlərin qalxması süni bahalaşmaya da səbəb olub. Belə ki, ötən ilin sonlarına kimi 11-12 min manata təklif olunan sürücülərin “dördgöz” adlandırdıqları”Mercedess” maşınları az qala 15 min manatdan yuxarı təklif olunur. 

Maşınların qiymətinin qalxmasına səbəb isə avtomobillərə tətbiq olunan gömrük rüsumunun artırılmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!