“Çox xoşagəlməz bir vəziyyətdir. Təbii ki, araşdırmalar nəticəsində hadisənin baş vermə səbəbləri dəqiqləşdiriləcək. Lakin hər kəsə məlumdur ki, bu gün məktəblərdə kriminal vəziyyət baş alıb gedir. Bu da ürəyaçan mənzərə deyil”.
Bunu “Yeni Sabah”a açıqlamasında təhsil ekspert Elçin Əfəndi deyib. O, şagirdlərin düzgün təlim-tərbiyə görmədiyini diqqətə çatdırıb:
“Dünən Ağstafada baş verən 7 yaşlı uşağın bıçaqlanması da bunun bariz sübutlarından biridir. Hadisə məktəb daxilində baş verməsə də, hər ikisi məktəblidir. Bunun da əsas səbəbi şagirdlərin təhsil müəssisəsində düzgün təlim-tərbiyə görməməsidir. Görün vəziyyət hansı həddə gəlib çıxıb ki, belə hadisələrlə qarşılaşırıq. Bunlar dözülməz faktlardır”. pizza sifarişi
Ekspert elə hadisələrin yaranma səbəblərindən birinin də mobil telefonlar olduğunu deyib:
“Bu cür hadisələrin baş verməsində informasiya texnologiyaları və müasir telefonların da böyük təsiri var. Biz artıq tez-tez belə faktlarla qarşılaşırıq. Düşünürəm ki, qanunvericilikdə şagirdlərin mobil telefonlardan istifadəsi məhdudlaşdırılmalıdır. Eyni zamanda valideynlərə də müvafiq məsuliyyət məsələləri şamil olunmalıdır. Şagird üzərində nəzarət vasitələri də gücləndirilməlidir. Çünki valideyn övladına telefonu verir, o da təhsildən yayınır”.
E. Əfəndi belə hadisələrin qarşısını almaq üçün təhsil müəssisələrində nəzarəti gücləndirmənin vacib olduğunu bildirib:
“Müasir dövrdə çoxluq kriminal aləmə meyl göstərir. Kriminal və tapşırıqlı oyunlara meyl artdıqca xoşagəlməz hadisələrin də çoxaldığının şahidi oluruq.
“Mavi balina” oyununun törətdiyi fəsadlar da hər kəsə məlumdur. Bundan başqa uşaq kiminsə təsiri ilə də zorakılığa məruz qala bilər və belə hadisələri törətməyə meyllənər. Düşünürəm ki, mütləq hadisə ilə bağlı araşdırmalar aparılacaq.
Baş verən hadisələr həm dövlət həm də özəl müəssislərdə ola bilər. Bunun üçün nəzarəti gücləndirmək lazımdır. İlkin olaraq diqqət etmək lazımdır ki, şagird silahı içəri necə keçirə bilib? Belə faktların olmaması üçün hər bir təhsil müəssisəsində güclü nəzarət rejimi olmalıdır”.
Aydan Hacı
Telegram kanalımız