“Dünən oğlumun 27 yaşı oldu, hələ də işsizdir” – Səyyad Arana irad

saytların hazırlanması

Evə çatdırılma

“Dünən oğlumun 27 yaşı oldu, hələ də işsizdir” – Səyyad Arana irad

Siyasət

07 Aprel 2026 13:29 648


“Deputat Səyyad Aranın Milli Məclisdə ciddi problemlərlə, nazirlərə iradları ilə bağlı çox çıxışları olub. Bu məni razı salıb ki, Yeni Azərbaycan Partiyasının nümayəndəsi olmasına baxmayaraq tənqidi çıxışlar edir. Amma sonuncu müsahibəsində dediklərini Səyyad müəllimə yaraşdırmadım. Necə oldu ki, ağzından belə söz çıxdı". 

"Yeni Sabah" Pravda.az-a istinadla xəbər verir ki, bunu sabiq deputat Tahir Kərimli deyib.

O qeyd edib: "Əvvəla, hamı ali təhsil ala bilmir. Təkcə ona görə yox ki savadları yoxdur. Çoxu ödənişli təhsili ödəyə bilmir. 300-400 manat maaşın alınması özü elə bizə nöqsandır. Elə etməliyik ki, insanlar çox maaş alsınlar. Dünən oğlumun 27 yaşı oldu. Hələ də işsizdir. Kürəkənim də işsizdir. Nə deyim, vallah. İstəyirəm ki, onlar da işləsinlər. Təkcə mənim övladım yox, bütün millətin balaları işlə təmin edilsinlər. İnana bilmirəm ki, Səyyad müəllim belə deyib”. Dördpendirli pizza

Xatırladaq ki, Milli Məclis üzvü Səyyad Aran bir müddət öncə bildirib: “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!