Dünən şöbəsi ləğv edildi, bu gün vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Dünən şöbəsi ləğv edildi, bu gün vəzifə verildi

Mədəniyyət

03 Aprel 2026 12:54 5283


Mədəniyyət Nazirliyinin Aparatında idarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir. pizza mizza

"Bu baxımdan, Mədəniyyət Nazirliyinin Aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə aparatın yenilənmiş strukturunda konspesiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib".

Eyni zamanda vurğulanıb ki, həyata keçirilən optimallaşdırmadan sonra Mədəniyyət Nazirliyinin Media ilə iş üzrə sektor müdiri Aynur Kərimova olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!