Dünənki hadisələr Putini xeyli zəiflədib - Saakaşvili 

saytların hazırlanması

Evə çatdırılma

Dünənki hadisələr Putini xeyli zəiflədib - Saakaşvili 

Siyasət

25 İyun 2023 16:50 683


Rusiyada dünən baş verən hadisələr Putini xeyli zəiflədib. 

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün "Twitter" hesabında yazıb. 

O qeyd edib ki, Rusiyada yaşanan hadisələr Ukraynanın müharibədə qələbəsini daha da yaxınlaşdırıb.  pizza sifarişi

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!