Dünənki partlayışda yaralananların son vəziyyəti

saytların hazırlanması

Evə çatdırılma

Dünənki partlayışda yaralananların son vəziyyəti

Hadisə

30 Oktyabr 2019 07:34 1043


Gürgan yaxınlığında baş verən partlayışda yaralananlardan birinin vəziyyəti ağır olaraq qalır.

Səhiyyə Nazirliyindən “Yeni Sabah”a daxil olan məlumata görə, xəstəxanaya yerləşdirilən 3 nəfərdən birinin müalicəsi reanimasiya şöbəsində davam edir. Həkimlər tərəfindən vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsindən palataya köçürülüblər. Vəziyyyətləri orta ağırdır.

Qeyd edək ki, dünən saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. Hadisə nəticəsində SOCAR-ın əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub, digər 3 nəfər isə yaralanıb. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!