“Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir”

saytların hazırlanması

Evə çatdırılma

“Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir”

Siyasət

10 Avqust 2022 18:16 1005


“Prezident İlham Əliyev “Hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” fikirləri  ilə Azərbaycan-Türkiyə əlaqələrinin dünəninə baxış fonunda gələcək hədəfləri  açıqlayır. Tarixə nəzər salsaq görərik ki, sevincli, kədərli anlarda iki dost ölkə daim bir-birinin yanında olub, eyni mövqedən çıxış edib, dünyaya daim bu çağırışı ediblər ki, ədalət və beynəlxalq hüquq əsasdır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  diqqəti tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr ərzində  Azərbaycan və Türkiyənin birgə addımlarına, eyni zamanda, hansısa tarixi gündə, məqamda iki dost ölkənin Prezidentlərinin bir yerdə olmasına,  yalnız dövlətlərarası  deyil, şəxsi münasibətlərdə də qardaşlıq  nümayiş etdirmələrinə yönəldərək bildirib ki, dünyaya səs salan, Türk dünyasının mədəniyyət paytaxtı  Şuşanın şahidlik etdiyi Müttəfiqlik Bəyannaməsi  bu qardaşlığın sarsılmazlığına xidmət edir. Şuşa Bəyannaməsində yer alan müddəaların icrası istiqamətində tərəflər biri-birindən əhəmiyyətli addımlar atır. Reallıqlarımızın təbliğində əhəmiyyətli rola malik olan mətbuat sahəsində də  əməkdaşlığın inkişafına xidmət edən Memorandum imzalandı, ən əsası Ortaq Media Platforması yaradıldı. Pepperoni pizza

Vüqar Rəhimzadə may ayının 28-də -Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən, eyni zamanda, Azərbaycan Prezidenti ilə  birgə “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştiraklarından bəhs edib. Bildirib ki, artıq hər iki ölkənin gənclərinin   gələcək inkişafımıza  töhfələr verməsi üçün mühüm addımlar atılır, gənclərimiz daha da yaxınlaşırlar. 

YAP Xətai rayon təşkilatının sədri iki dost ölkənin islam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələrindən geniş bəhs edərək bildirib ki, bu Oyunlar həmrəyliyə böyük töhfələr verir. İdmançılarımız yeni dostlar qazanır, həm öz, həm də Oyunların təşkil olunduğu ölkələrin təbliğatçısı qismində çıxış edirlər. Ölkələrin, xalqların daha da yaxınlaşması birliyin, həmrəyliyin möhkəmlənməsinə böyük stimuldur.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dünya   Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir. Konya şəhərində keçirilən  V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində  Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı  qürurverici olmaqla yanaşı, dünyaya  qardaşlıq əlaqələrinin davamlı inkişafında   etimad, səmimiyyət amillərinin əsas faktor olmasına  çağırışdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!