Dünya bazarında neft qiymətləri düşür

saytların hazırlanması

Evə çatdırılma

Dünya bazarında neft qiymətləri düşür

İqtisadiyyat

14 Aprel 2026 10:22 249


Bu gün neft qiymətləri Vaşinqton və Tehranın danışıqları bərpa edə biləcəyi gözləntiləri ilə enib.

"Yeni Sabah" xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyun ayı üçün "Brent" markalı xam neft fyuçerslərinin qiyməti 97,89 dollar təşkil edib. Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində may ayı üçün WTI xam neft fyuçersləri 96,75 dollar olub.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü bildirib ki, İran ABŞ ilə razılığa gəlmək üçün güclü istəyini bildirib. Pepperoni pizza

Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: "Sizə deyə bilərəm ki, qarşı tərəf bizimlə əlaqə saxlayıb və onlar həqiqətən də razılaşma istəyirlər."

Blokadaya baxmayaraq, Çinə məxsus neft və kimyəvi məhsullar daşıyan "Rich Starry" tankeri Hörmüz boğazından keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!